Suxari yemək arıqladır?

SAĞLAMLIQ
17:07 / 18.04.2025
83

Pəhriz saxlayanlar əsasən suxari istehlak etməyə üstünlük verir.

Bir sıra mütəxəssislər suxarinin ziyanlı, bəziləri isə faydalı olduğunu deyir

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, dietik məhsul olaraq həm insanın çörəyə olan nəfsini təmin edir, həm də iştahı kontrol edir. Eyni zamanda çəki yaratmır: 

"Suxarı sellüloza ilə zəngindir, probiotik təsiri var, bağırsaqların mikroflorasını yaxşılaşdırır, peristaltikasını artırır. Artıq mayeni yoğun bağırsaqda özünə hopdurur, həzmi asanlaşdırır. Ona görə qəbizlik, disbakterioz, qıcıqlanmış bağırsaq sindromu, bağırsaq iltihabı olanlar suxarı yeməlidir. Mağaza suxarılarının tərkibinə qida əlavələri qatılır ki, bu da uşaq orqanizmi və xəstə insanlar üçün zərərlidir".

Sevinc

0