Balıq konservləri omeqa-3 yağ turşuları, zülal, D və B12 vitaminləri ilə zəngin olduqları üçün dəyərli sayılır. Üstəlik, onlar həm ucuz, həm də asan əldə olunur.
HİT.az xəbər verir ki, bu barədə “Verywell Health” nəşri məlumat yayıb.
1. Sardina
Qeyd edilir ki, 100 qram sardina təxminən 24,6 qram yüksək keyfiyyətli zülal, 982 mq omeqa-3 yağ turşuları (EPA və DHA), 193 BV (beynəlxalq vahid), yəni gündəlik normanın 24%-i qədər D vitamini, 382 mq kalsium və 2,92 mq dəmir ehtiva edir.
Bundan əlavə, kalium da mövcuddur və ən önəmlisi, iri balıqlarla müqayisədə civə miqdarı aşağıdır. Dietoloq Avery Zenker sardinaların omeqa-3, xüsusilə EPA və DHA ilə zəngin olduğunu və bunun iltihabı azaltmağa, ürək və beyin funksiyalarını dəstəkləməyə kömək etdiyini bildirib.
2. Somon (losos)
100 qram somonda 20,6 qram zülal, 1227 mq omeqa-3, D vitamini və B12 vitamini mövcuddur. Bu balıq həm də seleniumla zəngindir.
Mütəxəssislərin sözlərinə görə, konservləşdirilmiş yağlı balıq D3 vitamininin nadir təbii mənbələrindən biridir və immun sistem, sümüklər və hormonal balans üçün vacib rol oynayır.
3. Tuna
100 qram tuna 29,1 qram zülal və 269 BV D vitamini ehtiva edir. Lakin bəzi növlərdə civə miqdarı daha yüksək ola bilər, buna görə “light tuna” və skipjack növləri daha təhlükəsiz sayılır.
4. Skumbriya
100 qram skumbriyada 23,2 qram zülal və 1230 mq omeqa-3 var. Bu göstərici onu ən omeqa-3 zəngin balıqlardan birinə çevirir. Həmçinin B12 vitamini ilə çox zəngindir və sinir sistemi üçün vacib sayılır.
5. Ançous (hamsi növü)
20 qram ançousda 411 mq omeqa-3, həmçinin kalsium və dəmir mövcuddur. Lakin duz miqdarı yüksək olduğu üçün normada istifadə etmək tövsiyə edilir.
Mütəxəssislər bildirirlər ki, balıq konservləri emal olunmuş ət məhsullarına sağlam alternativ ola bilər və ürək-damar xəstəlikləri riskini azalda bilər.
Samir


