“Quş qripi”nin ölkəmizdə yayılma təhlükəsi varmı? – Rəsmi açıqlama

SAĞLAMLIQ
19:40 / 16.11.2026
34

Norveçin Akershus bölgəsinin Vestbü kommunasında yerləşən quşçuluq fermasında quş qripinin yayılması qeydə alınıb.

Norveçin Qida Təhlükəsizliyi İdarəsinin məlumatına görə, bununla əlaqədar 13 min baş ev quşu məhv edilib.

Yoluxmuş təsərrüfatın ətrafında üç kilometr radiusda mühafizə zonası, on kilometr radiusda isə müşahidə zonası qurulub. Həmin ərazilərdə quşların saxlanılması və daşınmasına ciddi məhdudiyyətlər tətbiq olunub.

Mütəxəssislər hazırkı yoluxma halının ötən həftə Ruqaland bölgəsinin Klepp kommunasında aşkar edilmiş xəstəliklə əlaqəli olub-olmadığını araşdırırlar. Həmin vaxt quş qripi səbəbindən 7,5 min toyuğun məhv edilməsinə ehtiyac yaranmışdı.

0