SƏNƏT
17:53 / 10.06.2021
184

Arif Babayevin son durumu

Azərbaycan xanəndəsi, professor, Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılacaq.

Bu barədə Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O bildirib ki, sənətçinin Türkiyəyə aparılması xəbərləri doğru deyil:

“Hazırda evdə müalicəsi davam edir. Vəziyyəti yaxşı olsa da, müəyyən problemlər qalmaqdadır. İnsultdan sonra çox az-az danışır, yaxşı yeriyə bilmir. Odur ki, müalicə üçün yaxın zamanlarda yenidən Türkiyəyə getməlidir. Atamın vəziyyətinə görə narahat olan, maraqlanan hər kəsə təşəkkür edirik”.

Qeyd edək ki, sənətkar keçən il insult keçirib və təcili tibbi yardımla şəhər xəstəxanalarının birinə yerləşdirilib.

2