SƏNƏT
15:31 / 16.01.2023
572

Selçuk Yöntem Bakıya gəlir

Türkiyə kinosunun ulduzu Selçuk Yöntem Bakıya gələcək.
 
19 yanvar saat 19:00-da "Park Cinema Flame Towers"də Selçuk Yöntemin iştirakı ilə “Sevda Mecburi İstikamet” filminin qala gecəsi keçiriləcək.

Gecədə “Aşk-I Memnu” serialının ulduzu Selçuk Yöntem ilə yanaşı, "Aşk-101" və "Çukur” serialları ilə tanınan, Kubilay Aka da iştirak edəcək. Həmçinin “Kaçak Gelinler” serialının aktrisası Selin Şekerçi və gənc aktrisa Elif Ceren Balıkçı Bakıya filmin qalası üçün gələcək.

“Sevda Mecburi İstikamet” filmi yarımçıq qalan hekayəsini tamamlamaq üçün qızı ilə səyahətə çıxan məşhur aktyorun hekayəsindən bəhs edir. "Yeşilçam"ın uğurlu aktyorlarından olan Selim film çəkilişləri zamanı tanış olduğu Sevda ilə eşq yaşayır. Cütlüyün münasibəti tezliklə evliliyə çevrilir və cütlüyün Suna adlı bir qızı olur. Həyatlarında hər şey yolunda getdiyi anda, Sunaya autizm diaqnozu qoyulur. Tamamilə işinə qərq olmuş Səlimin həyatı Sevdanın xəstəlik xəbərini alanda dəyişir. Sevdanın ölümü ilə Səlim hər şeyi tərk edir və hekayəsini artıq yetkin olan qızı Suna ilə tamamlamağa çalışır.

Filmi yaradıcıları ilə birlikdə izləmək istəyənlər qala gecəsi üçün biletləri Park Cinema kassalarından və ya parkcinema.az internet saytından əldə edə bilərlər.

0