Azərbaycanda teatrın qastrol avtobusu qəzaya düşdü - VİDEO

15:34 / 30.05.2023
767

Akademik Rus Dram Teatrının heyəti Şəkiyə yola düşüb.

Olay.az-ın əldə etdiyi məlumata görə, onlar Şəki Dövlət Dram Teatrının səhnəsində “Ya, tı, on i telefon” (Mən, sən, o və telefon) tamaşasını oynamaq üçün bölgəyə yollanıblar.

Lakin gözlənilməz qəza baş verib. Truppanı Şəkiyə aparan avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində bir tərəfində olan pəncərələri sınıb. 
Xoşbəxtlikdən bu zaman teatrın aktyorları avtobusdan enmək üçün qapı tərəfdə olublar. Onlardan xəsarət alan olmayıb.

0