Xalq rəssamı yenidən nazirliyi və ittifaqı məhkəməyə verdi

18:00 / 05.06.2023
662

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltəraş-rəssam Cümşüd Rəşid oğlu İbrahimli yenidən məhkəməyə müraciət edib. 

HİT.az-ın məlumatına görə, Cümşüd İbrahimov Mədəniyyət Nazirliyini, Azərbaycan Rəssamlar İttifaqını və ittifaqın İstehsalat-Yaradıcılıq Kombinatını məhkəməyə verib. 

Tanınmış rəssamın sözügedən qurumları məhkəməyə verməsinin səbəbi 1991-ci ildə Şuşa şəhəri üçün Pənah xana hazırladığı memorial abidə ilə bağlıdır. 

327410

İşə Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Cümşüd İbrahimli bundan əvvəl də Mədəniyyət Nazirliyinin əvvəlki rəhbərliyini sözügedən məsələ ilə bağlı məhkəməyə verib.

Aydın

0