Qarabağ Muğam Qrupu Şuşada çıxış edəcək

13:38 / 07.06.2023
608

Qarabağ Muğam Qrupu Şuşada konsert verəcək.

Bu barədə Hit.az-a Xalq artisti Mənsum İbrahimov məlumat verib. Onun sözlərinə görə, sözügedən konsert iyunun 23-də keçiriləcək.

Mənsum İbrahimov bu proqramın Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacağını vurğulayıb:

“Bir saatlıq Şuşa proqramında Xalq artisti Elçin Həşimov, Kamran Kərimov və bir də mən iştirak edəcəyik. Festival iyunun 18-23-i arasında keçiriləcək. Festival çərçivəsində müxtəlif konsert proqramlarının keçirilməsi nəzərdə tutulub. Qarabağ Muğam Qrupu olaraq biz də iyunun 19-da Bakıda böyük konsert proqramı ilə çıxışımız gözlənilir”.

Azra

0