“Mənə fəxri ad verməyi kimlərsə lazım bilmədi”- İntiqam Kərimov

MƏDƏNİYYƏT
15:12 / 11.06.2024
1088

“Mən istənilən adama 6 ay ərzində yaxşı oxumağı öyrədə bilərəm. Yetər ki, məni dinləsin və dediklərimə əməl eləsin. Musiqi duyumu olan hər kəsin nəfəsi üzərində işləməklə, ona yaxşı oxumağı öyrədərəm və çıxıb istədiyi mahnını istədiyi kimi yaxşı oxuya bilər”.

Bu fikirləri Hit.az-a pedaqoq, estrada müğənnisi İntiqam Kərimov deyib.

O qeyd edib ki, özünə fəxri ad verilməsə də ondan dərs almış tələbələrinin çoxu fəxri adlar alıblar:

“Mənə ad verməyi kimlərsə lazım bilmədi. Dəfələrlə sənədlərimi nazirliyə göndərib. Sonra bir kənara atdılar. Öz tələbələrim arasında Xalq artistləri də var. Amma məni layiq bilmirlər. Məndən təkcə müğənnilər yox, digər sənət sahibləri də oxumaq öyrənmək üçün müraciət edirlər”,- deyə o qeyd edib.

Murad

0