Ermənilər kinoya maya qoyur, bəs biz? - Şeyx Əbdül

MƏDƏNİYYƏT
18:02 / 12.06.2024
1066

Rusiyalı rejissor və prodüsser Aleksandr Sokurov Yerevan Teatr və Kino İnstitutunda sentyabr ayından kurs açır. 

Bu Ermənistan filmləri üçün böyük perspektiv, bizim tariximiz üçünsə bir qədər təhlükə əxz edir. 

Çünki rejissorun hədəfində tarixi saxtalaşdıraraq, Ermənistanı zülmgörən, türkləri zülmkar kimi təqdim etmək var.

Hit.az-a açıqlama verən kino xadimi Şeyx Əbdül Mahmudov bildirib ki, bu Ermənistan kinosunun sanballı silahlarla silahlanması kimi bir şeydir:

“Əslən qafqazlı olan Sokurovun yetirmələri "A" kateqoriyalı festivallardan qalib kimi qayıdırlar. Onun adı nəinki super mütəxəssisin yetişməsi, həm də nüfuzlu festival iştirakçısı deməkdir. Sokurovun erməni KİV-lərinə verdiyi müsahibələrin ümumi tendesiyasına o qovulan, əzilən və mübarizə aparan əzabkeş qədim xalq barədə “realist” filmlər çəkməyi hədəfləyir.. Bizim məmurlar isə hələ yatırlar. Ya da kinoya milyonlarla film ayrılanda onun bir iki damlası gedib rejissorun ovcuna düşə bilir. Belə olan halda hansı sanballı tarixi film yaratmağımızdan söhbət gedə bilər? Kinonun böyük təbliğat maşını olmasını nəzərə alaraq , hərkətə keçmək vaxtı çoxdan çatıb, hətta gecikirik” deyə o bildirib.

Murad

0