Röyadan təsirli paylaşım: "O barmaqlar daha mənim üçün çalmır" - VİDEO

MƏDƏNİYYƏT
17:34 / 21.09.2024
48
Xalq artisti Röya Ayxan mərhum bəstəkar Nailə Mirməmmədli ilə bağlı paylaşım edib.
 
Sənətçi illər əvvəl onunla birlikdə mahnı ifa etdiyi kadrları sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
 
Xalq artisti görüntülərə yazdığı sözləri ilə hər kəsi kövrəldib:
 
"Əsəri məşq etdik, öyrəndik. Amma lentə almaq qismət olmadı. Çünki o barmaqlar bir daha mənim üçün çalmır. Bir gün balaca Nailə bu pianinonu mənim üçün yenidən açacaq. Buna əminəm!".
 
Xatırladaq ki, bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 3 il əvvəl, 2021-ci ilin yanvarında vəfat edib.//baku.ws
 
 
0