Türkiyənin “Show TV” telekanalının yeni serialı “Delikanlı” ilə bağlı sürpriz bir qərar verilib.
Hit.az xəbər verir ki, kanal layihəyə olan marağı yüksəltmək üçün maraqlı addım atıb.
Belə ki, sözügedən ekran işinin 2-ci bölümünün təkrarı həftə ərzində 14 dəfə yayımlanacaq. Kanal rəhbərliyi bununla serialın daha çox insana çatmasına və növbəti bölümlərdə reytinqlərin yüksəlməsinə çalışır.
Qeyd edək ki, “Delikanlı”nın baş rollarında Mert Ramazan Demir, Melis Sezen, Salih Bademci və Mina Demirtaş kimi məşhurlar çəkilir.
Aslan


