Türkiyəli məşhur aktrisa və müğənni Öykü Gürmanın yeni layihəsi bəlli olub.
Hit.az xəbər verir ki, sevilən aktrisa ekranlara qayıdır.
O, yeni başlayacaq “Adana günlükleri” adlı serialda çəkiləcək. Sənətçi “ATV”-də yayımlanacaq ekran işində “Fahriye” obrazına həyat verəcək. Layihədə İlker Aksum və Kaan Çakır kimi məşhurlar da rol alacaq. Layihənin çəkilişləri 15 mayda başlayacaq.
Bəs Öykü Gürman hansı seriallarda çəkilib?
43 yaşlı sənətçi karyerası ərzində “Alparslan: Büyük Selçuklu”, “Gönül Dağı” və “Gassal” kimi çox sayda iddialı serialda rol alıb.
Aslan


