Türkiyədə yeni çəkiləcək “Düğünümüz var” adlı komediya serialı diqqət çəkməyə davam edir.
Hit.az xəbər verir ki, məşhur aktyor Cengiz Bozkurt da iddialı ekran işində rol alacaq.
Polat Yağcının rəhbəri olduğu “Poll Films” tərəfindən çəkiləcək layihənin heyətində Binnur Kaya, Eda Ece, Şevval Sam və Yasemin Ergene də var. Üstəlik, serialda toplam 26 nəfər ulduzun çəkiləcəyi deyilir.
Qeyd edək ki, Cengiz Bozkurt karyerası ərzində “Leyla ile Mecnun”, “Ben de Özledim”, “Aramızda Kalsın”, “Kocamın ailesi”, “Hangimiz Sevmedik”, “Jet Sosyete”, “Gençliğim Eyvah” və “Kuzey Yıldızı: İlk Aşk” kimi iddialı komediya seriallarında rol alıb.
Aslan

