Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyədə yayımlanan "Gəl konuşalım" proqramına görüntülü qoşularaq sualları cavablayıb.
Hit.az xəbər verir ki, aparıcı həyat yoldaşı Doğuşun mənfi cəhətlərini sadalayıb:
"12 il olacaq ki, ailəliyik. Doğuş romantik biridir. Bəzən etdiklərindən şoka düşürəm. Doğuş bilir ki, marka sevdası olan biri deyiləm. Adi bir kitab hədiyyə olunsa da, sevinərəm.
Məsələn, Doğuş burada olmasın, Sevgililər Günündə qapını açıb görəcəksən ki, gəlib. Mənə iki mahnı yazıb. Biri toyumuzda səsləndirildi. Digərində isə uşaqlarımızla birlikdə klipə çəkildik.
Evi dağıdıb-tökməsin, başqa heç nə istəmirəm. Yeməkləri də özüm bişirirəm".

