Rusiyayla Türkiyə arasında Qarabağla bağlı müqavilə İMZALANDI

15:15 / 11.11.2020
4441

"Dağlıq Qarabağın işğaldan azad olunması münasibətilə Azərbaycanı təbrik edirəm".

HİT.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzi haqqında müqavilə imzalayıb.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq: "Müqavilənin imzalanması ilə Azərbaycan xalqını və qardaşım İlham Əliyevi təbrik edirəm. Hər zaman olduğu kimi biz Azərbaycanın yanında olduq və işğalın sona çatması üçün hər bir şeyi etdik".

0