“İşğal altındakı ərazilər qaytarılmalıydı, Azərbaycan da bunu etdi...”

18:09 / 17.11.2020
808

İran prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Əli Əkbər Vilayəti Azərbaycanı ərazilərini işğaldan azad etməsinə görə təbrik edib. Virtualaz.org İran KİV-lərinə istinadən xəbər verir ki, Vilayəti İranın Azərbaycan, Ermənistan və Azərbaycanın ərazisi olan Naxçıvanla ortaq sərhədlərə malik olduğunu xatırladıb. “Qonşu ölkələrin təhlükəsizliyi və sabitliyi bərqərar olmadan İranın da milli təhlükəsizliyinin təmin edilməsinin mümkün olmadığına inanırıq.

Bölgədə müharibə başlayanda azərbaycanlı qardaşlarımız və erməni dostlarımız həlak olurlar. Ona görə də müharibələrin qarşısı alınmalıdır. Yəni bu münaqişə ilə məşğul olanlar haqların təmin edilməsi üçün daha öncə hərəkətə keçməliydi. Bu məsələ region xaricindəki ölkələri maraqlandırmaz və İran ədalətli sülhün təmin edilməsi yönündə çalışacaq. İşğal altındakı ərazilər qaytarılmalıydı. Azərbaycan xalqı da bunu etdi. Onları təbrik edirik. Çünki Azərbaycan Respublikası ilə dostyana, tarixi və mədəni əlaqələrə sahibik”,-Vilayəti bildirib.

0