"Biz Koçaryan, Sarkisyan ordusunu məhv etdik, Paşinyan kimdir ki?"

SİYASƏT
13:18 / 17.11.2020
932

"Azərbaycan Koçaryan, Sarkisyan Ordusunu darmadağın etdi".

"MediaPost" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolunun inşası ilə bağlı tədbirdə etdiyi çıxışı zamanı deyib.

Ölkə başçısı bəyan edib ki, Dağlıq Qarabağda separatçı rəhbərlər qorxaqdırlar: "Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər. Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik eləyib. Onların o "xunta" başçısı bunkerdə gizlənmişdi. Burnunu belə bayıra çıxara bilmirdi. Hanı sənin hünərin, cəsarətin? Biz Ermənistan ordusunu çökdürdük. Eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz xalqını məhv edib. Fikirləşir ki, necə canını öz xalqının qəzəbindən qurtarsın. Biz Koçaryan, Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Hanı sizin qəhramanlığınız? Döşünüzə vurmusuz "qəhramanlıq" ordenlərinizi. Çıxardın atın yeşiyə o dəmir-dümürləri. Sizi biz məğlub eləmişik. Paşinyan heç kimdir. Sizi, Koçaryan və Sarkisyan. Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları. Sizi biz məğlub eləmişik. Sizin ordunuzu məhv eləmişik".

1