Türkiyə Azərbaycana əsgər göndərəcək - LAYİHƏ TƏSDİQLƏNDİ

SİYASƏT
22:43 / 17.11.2020
2019

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Qeyd edək ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə noyabrın 16-da TBMM-ə təqdim edilib. Qanuna görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

0
Qafqazinfo.az