Elmar Məmmədyarov vəzifədən getdikdən sonra nə işlə məşğuldur?

SİYASƏT
10:53 / 07.01.2023
880

Elmar Məmmədyarov xarici işlər naziri vəzifəsindən getdikdən sonra nə işlə məşğul olduğu barədə danışıb.

HİT.Az xəbər verir ki, sabiq nazir bu barədə Həmid Həmidova müsahibəsində açıqlama verib.

"Əlaqə vasitələrim daim açıqdır, çox jurnalist zəng edir, fikirlərimi soruşur, şərh istəyir. Nazir kimi fəaliyyət göstərdiyim 17 ildə etdiyim çıxışlarımı, müsahibələrimi, məqalələrimi, bəyanatlarımı toplamağa çalışmışam. Ümumi həcm 3 min səhifədən çoxdur. İndi nəyi saxlayıb, nəyi atmaq üzərində işləyirəm. Düşünürəm ki, ya internet saytı yaradaram, ya da gələcək nəsillər üçün kitab nəşr etdirərəm”, deyə Məmmədyarov bildirib.

0