"Ermənistan-Rusiya ziddiyyətlərini qabartmağa fokuslanmalıyıq" - Ekspert

SİYASƏT
13:01 / 14.09.2023
657

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova üçtərəfli razılaşmalar barədə danışıb.

O deyib ki, Ermənistan üçtərəfli razılaşmaları icra etsə, heç bir aqressiya ilə üzləşməyəcək:
"Rusiya tərəfləri imza atdıqları sənədi icra etməyə çağıraraq öz vasitəçi rolunu həyata keçirir”.

Qeyd edək ki, Mariya Zaxarova belə bəyanat versə də, elə üçtərəfli razılaşmalara əməl etməyən Rusiyanın özüdür. Rusiya sülhməramlılarının separatçılara necə silah daşıdığını, onları dəstəklədiyini və razılaşmalara əməl etmədiyini hər kəs görür. İndiyə kimi qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxmamasının da əsas səbəbi məhz Kremlin apardığı siyasətdir.

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, əslində Rusiya Qafqazda imperial gücdür və onun rolu buna hesablanıb:

333748

"O baxımdan da, bu günə qədər Rusiyadan hesab soruşan heç bir güc olmayıb. Hətta zamanında Ermənistan və Azərbaycan da həmin imperiyanın ucqar respublikaları olublar. Lakin indi vəziyyət dəyişsə də, Rusiya yenə də o ritorika ilə siyasət aparmağa davam edir. Ona görə də bu gün Rusiyanın mövqeyində məntiq axtaranda ziddiyyət yaranır".

Ekspertin sözlərinə görə, biz ona deyil, maksimum şəkildə Ermənistan-Rusiya ziddiyyətlərini qabartmağa fokuslanmalıyıq:

"Təbii ki, bununla yanaşı, Qarabağ və oradakı ermənilər üzərində Rusiyanın oynadığı manipulyasiyaya da diqqət etməliyik. Amma bizim önəmli məqsədimiz üç il ərzində əldə olunan qazancları artırmaq və nəticədə Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Üç il ərzində müəyyən qədər buna nail olmuşuqsa, həmin xətti izləmək lazımdır".

Pərviz

0