Şəhidin övladı doğuldu - FOTOLAR

SOSİAL
17:24 / 07.09.2023
1305

Bu il aprelin 11-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Elşad Həsənovun oğlu dünyaya gəlib.  

HİT.az xəbər verir ki, Əziz adı verilən körpənin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb.

Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək. 

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Elşad Həsənov bu il aprelin 11-də Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 

0