Valideynlər niyə övladlarını internat məktəblərinə göndərirlər? - VİDEO

SOSİAL
16:45 / 29.10.2023
795

Ölkədə uşaqların internat tipli məktəblərə göndərilməsi halları artıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasına görə, 2021-ci ildə 9 960, 2022-ci ildə isə 10 062 şagird bu tip məktəblərə göndərilib.

Bunu sosial-iqtisadi motivlərlə əlaqələndirən sosioloq Naib Niftəliyev "Xəzər Xəbər"ə bildirib ki, valideynlərin bu tipli məktəblərə müraciət etməsi daha çox nəzarətlə bağlıdır.

Onun fikrincə, bəzən uşaqların internat tipli məktəblərə qoyulmasına səbəb kimi natamam ailə mühitinin olması da göstərilir.

Sosioloq bildirib ki, hər bir halda uşağın valideyn himayəsinə və diqqətinə ehtiyacı var.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən o da bildirilib ki, məsələ ilə bağlı preventiv tədbirlər görülür. Ancaq buna baxmayaraq, bu tipli ümumtəhsil müəsisələrinə uşaqların göndərilməsi halları çoxalır.

0