Qohum evlilikləri qadağası - Bəs bir-birini sevən qohumlar nə edəcək?

SOSİAL
13:20 / 13.03.2024
530

Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi müzakirə olunur. 

Bunun səbəbi qohum evliliklərdən yaranan nəsillərin genetik xəstəliklərin daşıyıcısı olması, ümumiyyətlə qohum evliliklərdən xəstə və şikəst övladların dünyaya gəlməsidir. 

Məsələyə bu tərəfdən baxanda hər  şey yaxşı görünür, amma ikinci tərəfi də var. 

Bu  insanların şəxsi işinə qarışmaq deyilmi?

Hit.az-a açıqlama verən psixoloq Nəzmiyyə Əliyeva bildirib ki, tibbi baxımdan ağlabatan qərar kimi görünsə də, məsələnin digər tərəfini də nəzərə almaq lazımdır:

“Tutaq ki, əmioğlu və əmiqzı bir-birlərini həqiqətən sevirlər. Qanun bu qadağanı ortaya qoymaqla bu iki gəncin həyatına zərbə vurmuş olmurmu? Ölkədə bir çox ailələr nəslin var- dövlətini, mirasını başqaları ilə paylaşmamaq üçün yad qızları gəlin etmir, qohum evliliklərinə üz tuturlar. Amma maddiyyatdan yox, əsl hisslərdən söhbət gedirsə, tərəflərin sevgi münasibətləri varsa, qanunun onlara qoyduğu qadağalar problem yaradacaq. O zaman həmin şəxslər qanundankənar yollara baş vurmalı olacaqlar. Bu da müəyyən boşluqlara səbəb olacaq. Məncə qanunu tətbiq etmədən öncə əhalidə güclü maarifləndirmə işi aparmaq lazımdır. Qohum evliliklərin tibbi zərəri barədə  çox danışılsa, belə insanların əslində bacı-qardaş olduqlarını vurğulamaqla gənc nəslə psixoloji təsir etmək olar”,- deyə o bildirib.

Murad

0