Qohum evliliklərinin əsas fəsadları nələrdir?

SOSİAL
13:05 / 14.03.2024
583

"Qohum evlilikləri ya məcburi, ya da könüllü şəkildə olur".

Bu sözləri Hit.az-a açıqlama verən psixoloq Nabat Mirzəyeva deyib.

O, məcburi şəkildə olan qohum evliliklərinin səbəblərindən də söz açıb:

"Məcburi şəkildə olan qohum evliliklərin bir çoxunun səbəbi uşaqlar körpə olanda valideynlərin razılaşmasıdır. Valideynlər öz aralarında anlaşdıqları üçün övladlarının da böyüdükləri zaman evlənmələrini istəyirlər. Bu da sözsüz ki, normal bir hal deyil. Lakin təəssüf ki, hələ də ölkəmizdə belə hallar baş verir".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, gənclərin bir çoxu valideynlərinin məcbur etməsi nəticəsində qohumları ilə izdivaca girirlər:

"Düşünürəm ki, bu, həmin gənclərin gələcəyinə, xəyallarına, həyatlarına böyük bir müdaxilə deməkdir. Lakin könüllü evliliklər isə hər iki tərəfin razılığı ilə olur. Ona görə də qohum evliliyi deyil, könüllü evliliklər arzuolunandır". 

345839

Psixoloq qeyd edib ki, qohumların boşanması da ciddi problemlərə səbəb olur:

"Gələcəkdə bu cütlüklər yola getmədiyi zaman və boşanma olanda qohumlar arasında düşmənçilik meydana gəlir. Hətta qohum evliliklərində boşanmalar olanda sonra belə ailələr arasında söz-söhbətlərə və nifaq yaranır. Yəni qohum evlilikləri duyğusal olaraq da ailələr arasında problemlərin yaranmasına gətirib çıxarır". 

Nabat Mirzəyeva vurğulayıb ki, qohum evliliklərinin ən böyük fəsadları isə qan xəstəlikləridir:

"Qohum izdivaclarının yaratdığı qan xəstəliklərindən bir neçəsindən biri də talessimiyadır. Həmçinin, irsi keçən genetik xəstəliklər də qohum evliliklərində uşaqların qüsurlu dünyaya gəlməsinə səbəb olur. Əfsuslar olsun ki, bir çox qohum evliliklərində övladlar qüsurlu şəkildə doğulur. Eyni zamanda, həmin uşaqlarda bəzi qan xəstəlikləri və əqli problemlər də yarana bilir".

Pərviz

0