Ata aliment vermirsə, nə etmək olar?

SOSİAL
21:44 / 15.03.2024
508

Boşanmalar zamanı alimentin ayrılması və aliment verməli olan tərəfin (bu həm  ata, həm də ana ola bilər) alimenti vermədiyi halda nə etmək lazımdır?

Redaksiyamıza müraciət eləmiş Aliyə Seyidova bildirib ki, 8 ildir ərindən ayrılıb. Ortada 2 azyaşlı uşaq var və uşaqlar onun himayəsindədir. Məhkəmə ilə ayda  hər uşaq üçün 70 manat ayrılıb. Hərçənd bu da çox az vəsaitdir. Di gəl uşaqların atası alimenti verməkdən boyun qaçırır. Valideynlər dava edir, ortada zərər görən tərəf uşaqlardır.

Bəs aliment verilmirsə nə etmək lazımdır?

Hit.az-ın sualını cavab hüquqşünas Əkrəm Həsənov bildirib ki, müəyyən edilmiş aliment verilmədikdə məhkəməyə müraciət edilməlidir.Öncə bunu öyrənək. Alimentin məbləği qanunla nə qədər olmalıdır. 

Əkrəm Həsənov bildirib ki, məhkəmə valideyndən hər ay bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi, iki uşağa görə qazancın üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancın yarısı miqdarında aliment tutur. Alimentin məbləği azaldıla və artırıla bilər.

Bəs valideyn alimenti ödəməyəndə onu hansı cəza gözləyir?

"Uşağı himayəsində saxlamayan valideyn  aliment verməkdən imtina edəndə qarşı tərəf məhkəməyə müraciət etməlidir. İnzibati Xətalar Məcəlləsinin (İXM) 528-ci maddəsinə görə, məhkəmə qərarının icra edilməməsi cərimə  və ya bir aya qədər inzibati həbs cəzası nəticələnə bilir. Məhkəmə qərarını qəsdən icra etməyən şəxsə Cinayət Məcəlləsinin (CM) 306.1-ci maddəsinə əsasən cərimə, ictimai işlərə cəlb etmə, eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər”,- deyə hüquqşünas bildirib.

Murad

0