Uşaqlar danışdığı pis sözlərin mənasını bilirmi?

19:40 / 03.04.2024
524

Hər bir ailə uşaqların sağlamlığını düşündükləri qədər, onların tərbiyəsinə də önəm verirlər.

Uşağın tərbiyyəsi dedikdə onun düzgün davranışı və mədəni nitqi nəzərdə tutulur.

Lakin cox zaman valideynlər nə qədər nəzarət etsələr belə, uşaqların dilindən xoşagəlməz ifadələr eşidirlər.

Bəs, uşaqlar bu sözləri haradan öyrənir? Uşaqlar işlətdiyi ifadələrin mənasını bilirlərmi? 

Psixoloq Könül İsmayılova Hit.a-a açıqlamasında bildirib ki, uşaq ailəsindən və ya xarici faktorlardan (televizor, dostlar və s.) pis sözlər eşidə bilər. Bu sözlərin nə məna verdiyini belə anlamırlar:

“Bəzi ailələr uşaq pis söz işlətdikdə gülür və ya uşağın söyüş söyməsi xoşlarına gəlir. Buna görə də, əgər ailə uşağın bu davranışını aradan qaldırmaq istəyirsə, buna gülərək reaksiya verməməlidir.Gülmək ya da çox reaksiya göstərmək bu davranışı daha da gücləndirir. Uşağın hirsi keçdikdən sonra bununla bağlı danışmaq olar. Bunun düzgün hərəkət olmadığı, etməməli olduğu sakit formada izah edilməlidir.Ailənin uşağın pis sözləri eşitməsinin qarşsını alması mümkün deyil. Lakin, tərbiyə və əxlaq qaydalarını övladına öz davranış və həyat tərzi ilə öyrədən valideynlərin bundan qorxmalarına ehtiyac yoxdur. Çünki, bir müddət bu sözlər işlədilsə də, uşaq özü tərbiyəsinə uyğun olmadığı üçün bu davranışı tərgidəcəkdir”.

Sevinc

0