Sosial yardım almaq üçün hansı sənədlər lazımdır?

SOSİAL
15:37 / 10.07.2024
279

Redaksiyamıza izləyici sualı daxil olub. 

Ağdaş sakini Tahirə Qarayva soruşur ki, ünvanlı sosial yardım ala bilmək üçün nə etməli, hansı sənədləri toplamalıdır?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev bildirib ki, ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi üçün elektron formada və ya kağız üzərində  müraciət oluna bilər:

"Ünvanlı sosial yardım istəyən  şəxs şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda), ərizə- bəyannamə ilə müraciət edir. Əgər həmin şəxsin adından başqa şəxs müraciət edirsə, təmsilçilik barədə notariat orqanı tərəfindən təsdiq edilmiş ərizə müraciət  edir.Bu ərizə 90 gün qüvvədə qalır. Bu müddət ərzində əlaqədar qurumdan gələn komissiya ailənin vəziyyətini araşdırıb, nəticə çıxarmalıdır”, deyə hüquqşünas bildirib.

Murad

0