“Bu gün ortada olan toy modelimiz ölkə üçün biabırçılıqdır. Dünyanın heç bir yerində belə israfçılığa yol verilmir. Xınayaxdı, parça kəsdi və ciyər axşamı kimi məclislər toya qədər təşkil olunur və bundan sonra toy edilir. Bunların hamısı insanları sanki xərcə salmaq üçün düşünülmüş addımlardır. Bu gün insanlarımızın maddi durumu da elə yüksək deyil ki, ay ərzində 3-4 toya getsin”.
Bu sözləri Hit.az-an sosioloq Əhməd Qəşəmoğlu deyib.
Sosioloq deyib ki, ciyər axşamı kimi adətlər ləğv olunmalıdır:
“Ciyər axşamlarının keçirilməsi əlavə bir gülünc adətdir. Azərbaycanda toy modeli sürətlə dəyişməlidir, çünki indiki vaxtda bu qondarma əlavələrlə birlikdə insanlara həm mənəvi, həm də maddi tərəfdən çox böyük ziyan vurulur”.
Sevinc