“20-30 il əvvəl evlənən gənc oğlan da, qız da ailə qarşısında məsuliyyətinin olduğunu bilirdi. İndi bu anlayış həm kənd, həm də şəhərdə itib. Məsuliyyətsizcəsinə evlənirlər. Sonrası da bəllidir”.
Bu sözləri Hit.az-a sosioloq Fatimə Hacıbəyli deyib.
O bildirib ki, indi ailələrdə mənəvi dəyərlər arxa plana keçib:
“Bunun qarşısını almaq üçün ölkədə hökmən humanitar və sosial siyasət dəyişməlidir. Boşanma olduqda təkcə ər və arvad düşünülməməlidir. Onlardan beş qat vacib olan evdə böyüyən uşaqlardır. O uşaqların gələcəyi məhv olur, gərginlik, qışqır-bağır, söyüş, qalmaqal içində böyüyür. O uşaqların təhsili də olmur. Həyata baxışı, vətənpərvərliyi - bir sözlə, hər şeyi zay olur. Ona görə, üç dəfə SOS siqnalı çalmaq və təcili sürətdə bu şeylərin qarşısını almaq lazımdır”.
Sevinc