Ayrılmaq istəyənlərin NƏZƏRİNƏ: Necə əlaqə saxlamalıdılar?

SOSİAL
16:10 / 09.01.2025
74

Ayrılıq, hər iki tərəf üçün çətin və emosional bir təcrübə ola bilər. Lakin, qarşılıqlı hörmətlə ayrılmaq, hər iki şəxsin özlərini yaxşı hiss etməsinə, gələcəkdə dost qalma ehtimalına və ya ən azından bir-birini daha sağlam şəkildə başa düşməsinə kömək edə bilər.

Bəzən ayrılıq qərarı verən cütlüklər dava, söz-söhbət, qırğınla ayrılır. 

Maraqlıdır, ayrılıq qərarı verən cütlüklər necə ayrılmalıdılar?

Məsələ ilə bağlı Hit.az-a açıqlama verən münasibət üzrə mütəxəssis Xədicə Hüseynli deyib ki, ayrılmaq qərarına gəldikdə, dürüstlük və açıqlıq çox vacibdir:

“Hər iki tərəf bir-birinin hisslərini və səbəblərini anlamalıdır. Duyğuları, təcrübələri və səbəbləri dürüst şəkildə paylaşmaq, qarşılıqlı anlaşılmanı artırar və çox vaxt qapalı hisslərin qarşısını alar. Bir-birinizin fikirlərini və hisslərini dinləmək çox önəmlidir. Ayrılıq qərarını qarşı tərəfi dinləyərək və hörmət edərək vermək daha konstruktiv ola bilər. Hər iki tərəf ayrılığın səbəblərini anlamalıdır. Bu, gələcəkdə səhvlərdən qaçmaq və şəxsi inkişaf etmək üçün faydalıdır. Amma səbəblər qarşı tərəfi incitmədən açıqlanmalıdır.

Ayrılıq zamanı qarşı tərəfi təhqir etmək, ittiham etmək və ya günahlandırmaq, yalnız vəziyyəti daha çətinləşdirər. 

"Sən belə etdin" deməkdən çəkinin və daha çox "Mən hiss edirəm ki..." kimi ifadələrdən istifadə edin. Hər iki tərəf ayrıldıqdan sonra necə əlaqə saxlayacaqlarını əvvəlcədən müəyyən etməlidir. Məsələn, daha sonra dostluq münasibətləri qurmaq istəyirsinizsə, bunun necə olacağına dair açıq bir razılaşma olmalıdır. Hər iki tərəf gələcəkdə yeni münasibətlər qurarsa, bunun qarşılıqlı olaraq hörmətlə qarşılanması vacibdir. Hər kəsin şəxsi həyatını davam etdirməyə haqqı vardır, buna görə də yeni münasibətlərə qarşı duyğusal məsafə saxlamaq çox vacibdir”. 

Murad

0