Məktəblilərin intihar etməsinə səbəb nədir?

SOSİAL
19:05 / 18.04.2025
91

Məktəblilər arasında intihar halları durmadan artır.

Sonuncu hadisə bu gün Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 14 yaşlı Namətova Zəhra Zahir qızı yaşadığı evdə özünü asıb. O, orta məktəbdə təhsil alırmış.

Psixoloq Aynur Əliyeva Hit az-az deyib ki, bu gün uşaqların sosial həyatı böyüklərlə eynidir: 

"Uşaqlar uşaqlıq etmir, sosial qayğıları fikirləşir. Bu gün sovet dövründəki kimi valideyn 5-8 saat işləyib, evinə qayıtmır. Varlı və kasıbından asılı olmayaraq, istənilən valideyn 10-12 saat işdə vaxt keçirir. Uşağına vaxt ayıra bilmir. Hiperaktivlik, diqqət çatışmazlığı problemi olan uşaqların sayı çoxdur. Ailələrdə vaxtilə çox uşaq olurdu. Bəzi uşaqlar diqqət çəkmək üçün də intihara cəhd edir. Sosial şəbəkələr uşaqların intihara meyil etməsini artırır".

Sevinc

0