Şagirdləri süni intellekt qiymətləndirəcək?

SOSİAL
23:34 / 01.06.2026
45

Məqsəd ənənəvi tədris üsullarını müasir texnologiyalar və süni intellekt imkanları ilə zənginləşdirərək tədris prosesini daha səmərəli və fərdiləşdirilmiş formada təşkil etməkdir.

Bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov Trend-ə açıqlamasında bildirib.

“OpenAI” ilə birgə hazırlanan adaptiv öyrənmə platforması çərçivəsində hazırlanacaq bu həll rəqəmsal məktəb platforması çərçivəsində təqdim ediləcək. Hazırda platforma həm müəllimlər, həm də şagirdlər üçün dəstək aləti kimi fəaliyyət göstərir və təhsilin rəqəmsal transformasiyasına xidmət edir.

Məqsəd ənənəvi tədris üsullarını müasir texnologiyalar və süni intellekt imkanları ilə zənginləşdirərək tədris prosesini daha səmərəli və fərdiləşdirilmiş formada təşkil etməkdir. Bu baxımdan hazırlanacaq həll gündəlik tədris fəaliyyətində həm şagirdlərə, həm də müəllimlərə dəstək göstərəcək, öyrənmə və tədris prosesinin keyfiyyətini artıracaq.

Həll çərçivəsində müxtəlif qiymətləndirmə mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Lakin bu, qiymətlərin süni intellekt tərəfindən verilməsi anlamına gəlmir. Süni intellekt yalnız tədris prosesi ərzində toplanan məlumatları təhlil edərək müəllimə dəstək göstərəcək. Nəticədə müəllim həm daha əsaslandırılmış qiymətləndirmə apara, həm də növbəti dərslərin planlaşdırılması və fərdiləşdirilməsi üçün əlavə imkanlar əldə edəcək", - o, qeyd edib.

0