Fərdi məlumatların qorunması araşdırılacaq

SOSİAL
10:32 / 02.06.2026
42

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycanda fərdi məlumatların qorunması sahəsində mövcud vəziyyətə dair hesabat hazırlayacaq.

QHT-dən verilən məlumata görə, təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Fərdi məlumatların qorunması: yerli qanunvericilik və beynəlxalq təcrübənin təhlili" adlı layihənin icrasına başlayıb.

Layihənin məqsədi Azərbaycanda fərdi məlumatların qorunması sahəsində mövcud hüquqi tənzimləməni Avropa İttifaqının qabaqcıl standartları, xüsusilə GDPR (General Data Protection Regulation) ilə müqayisəli şəkildə təhlil etmək, qanunvericilikdə mövcud boşluqları müəyyənləşdirmək və beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr hazırlamaqdır.

Layihə çərçivəsində ekspertlər tərəfindən ölkədə fərdi məlumatların qorunması sahəsində mövcud vəziyyət qiymətləndiriləcək, milli qanunvericilik beynəlxalq təcrübə ilə müqayisə olunacaq və müvafiq təhlillər aparılacaq.
 

0