\"Apple\" ABŞ hökuməti ilə birgə casusluq üçün nəzərdə tutulmuş iPod üzərində çalışırmış

23:00 / 19.08.2020
1136

Apple şirkəti dəfələrlə cinayətkarların iPhone-larını hack etməkdən imtina edərək ABŞ hökuməti ilə münaqişələr yaşayıb. Lakin məlum olub ki, şirkət bir vaxtlar ABŞ hökuməti ilə birlikdə gizli cihaz üzərində də çalışıb. Bu barədə Gagadget saytı xəbər verib. Apple şirkətinin proqram təminatı üzrə keçmiş tərtibatçısı David Shayer casusluq üçün nəzərdə tutulmuş iPod-dan danışıb. Onun sözlərinə əsasən 2005-ci ildə ondan ABŞ-ın energetika nazirliyinin iki mühəndisinə xüsusi iPod modelinin yaradılmasında kömək etməsi xahiş edilib.

Əslində isə həmin iki nəfər şəxs mühəndis deyil, Bechtel şirkətinin əməkdaşları olub. Bechtel şirkəti isə ABŞ-ın ən böyük müdafiə təchizatçısıdır. Sözügedən layihə barəsində Apple şirkətində yalnız 4 nəfər bilirdi. Onların heç biri Apple şirkətində artıq çalışmır və bu məsələ ilə bağlı heç bir sənəd qalmayıb. Təkmilləşdirilmə prosesi üçün 5-ci nəsil iPod modeli seçilmişdi. Belə ki, onun gövdəsi rahat şəkildə açılırdı və o, 60 GB daxili yaddaşa sahib idi. İdeyaya əsasən həmin xüsusi iPod modeli adi player kimi görünməli idi və bununla yanaşı səsyazma özəlliyinə sahib olmalı idi.

0
Technote.Az