Rusiya və Azərbaycan İKT sahəsində əməkdaşlıq edəcək

TEXNO
16:53 / 20.05.2021
1495

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

TASS xəbər verir ki, sənədin imzalanması hər iki ölkənin baş nazirləri-Mixail Mişustin və Əli Əsədov arasında Moskvada aparılan danışıqlardan sonra baş tutub.

Qeyd edilib ki, onların iştirakı ilə Rusiya Federasiyasının Əqli Mülkiyyət Federal Xidməti ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

1