“Az” domeni ilə bağlı qərara dəyişiklik edildi

09:33 / 26.05.2021
1700

Nazirlər Kabineri “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli 63 nömrəli Qərarında dəyişiklik edib.

HİT.Az xəbər verir ki, qərara aşağıdakı məzmunda 2.1.11-1-ci yarımbənd əlavə edilib:

“2.1.11-1. domen adlarının milli inzi¬batçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.
3.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği Azərbaycan Respub¬likasının Nəqliyyat, Rabitə və Yüksək Texno-logiyalar Nazirliyi (bundan sonra – Nazirlik) ilə razılaşdırılmaqla, Milli inzibatçı tərəfindən müəyyən edilir.”.

4.2-ci bənddə “Azərbaycan Res¬publikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə (bundan sonra – Nazirlik)” sözləri “Nazirliklə” sözü ilə əvəz edilib.
“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na əlavənin 3-cü hissəsinin adında “Təkliflərin” sözü “Tərəflərin” sözü ilə əvəz edilib.

1