TEXNO
19:45 / 09.11.2021
157

Kompüterdə “WhatsApp”dan istifadə edənlər üçün yenilik

Dünyanın ən populyar messencerlərindən olan "WhatsApp” kompüter istifadəçiləri üçün yeniliyə imza atıb.

Bundan sonra tətbiqdən böyük ekranlarda istifadə üçün mobil versiya ilə sinxronlaşdırılma tələb olunmur. Başqa sözlə desək, kompüter və ya noutbuklarda "WhatsApp”dan istifadə etdikdə smartfonun da messencerə qoşulu olması vacib deyil.

Hazırda bu yenilik yalnız tətbiqin beta-versiyasında aktivdir. Lakin beta-versiya hələ ki, birtərəfli çalışır. Onunla "WhatsApp”ın köhnə versiyalarından istifadə edənlərə mesaj göndərmək mümkün deyil.

0