İnstaqram sosial şəbəkəsinin istifadəçiləri xidmətin işindəki nasazlıqdan şikayətlənirlər.
Hit.az xəbər verir ki, bunu məşhur internet resurslarının nasazlıqları və əlaqənin kəsilməsini izləyən “Downdetector” saytının məlumatları göstərir.
İstifadəçilərin 54%-i proqram, 25%-i sayt, 21%-i serverə qoşulma ilə bağlı problem yaşayır.
Ən çox şikayət Rusiya, Belarus və Ukraynadan gəlir.