2023-ün ən yaxşı kamerası olan smartfonları

TEXNO
18:55 / 20.05.2023
1201

2023-cü ildə ən yaxşı kameralara malik smartfonları seçilib.

“Google Pixel 7 Pro” üçlü kamera sistemi və təsvirin əlavə təkmilləşdirilməsi üçün eksklüziv proqram çipləri ilə təchiz edilmiş ən yaxşı kameralı telefon kimi tanınıb. Həmçinin cihazın mükəmməl dizaynı və yüksək keyfiyyətli böyük ekranı da qeyd olunur. Bununla belə, Google-un qabaqcıl smartfonunun zəif tərəfi batareyadır.

Premium cihazlar kateqoriyasında “Samsung Galaxy S23 Ultra” ən yaxşı kameraya malikdir. Bildirilir ki, cihazda dörd “əla” kamera, yüksək keyfiyyətli təsvirin emal sistemi və dünyanın ən yaxşı ekranlarından biri cəmləşib. “S23 Ultra”nın əsas dezavantajı onun rəqabətdən nəzərəçarpacaq dərəcədə baha olmasıdır.

Keçən ilki “Pixel 6a” qiymət-keyfiyyət nisbətinə görə ən yaxşı kameralı telefon kimi tanınıb və bu, yeni versiyanın buraxılması ilə daha da ucuzlaşıb. Qeyd olunur ki, bu kateqoriyada “Google Pixel 6a”dan daha yaxşı kameraya malik smartfon yoxdur. Üstəlik, cihaz hələ də məqbul səviyyədə performans təklif edir.//Lent.az 

0