Vatsap yeni funksiyanı sınaqdan keçirir

22:31 / 07.08.2023
2304

Vatsap messencerinin tərtibatçıları böyük qrupların üzvlərinə zəng etmədən səsli söhbətə başlamağa imkan verəcək funksiyanı sınaqdan keçirməyə başlayıblar.

Yeni funksiyanı “WABetaInfo” portalı elan edib.

“Səsli çatlar 32-dən çox üzvü olan qruplarda mövcud olacaq. Bu halda yeni səs dalğası simvolu görünəcək. Bununla belə, 32-dən çox istifadəçi çatlara qoşula bilməyəcək”, – nəşrdə deyilir.

Vatsap messencerin 2.23.16.19 versiyasını yüklədikdən sonra “Android” mobil əməliyyat sisteminə əsaslanan smartfonlar üçün bu funksiyanı indi tətbiq edir.
Səsli çatların əsas üstünlüyü ondan ibarətdir ki, onlar sizə hər bir qrup üzvünün smartfonuna zəng etmədən başqasına zəng etməyə imkan verir. Bunun əvəzinə yeni səsli söhbət yaradıldıqda qrup üzvlərinə bildiriş göndəriləcək.

0
Qafqazinfo