İlon Maskın Konqreslə bağlı tvitinə rekord sayda reaksiya gəlib - FOTO

TEXNO
21:30 / 05.10.2023
2834

İlon Maskın Konqreslə bağlı tvitinə rekord sayda reaksiya gəlib.

Trend xəbər verir ki, “SpaceX” şirkətinin təsisçisi İlon Mask 74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsindəki nailiyyətlərinə görə Beynəlxalq Astronavtika Federasiyasının “Dünya kosmos mükafatı”na layiq görülməyi ilə bağlı "X" (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində tvit yazıb.

Onun bu yazısına izləyiciləri tərəfindən 3,675 şərh, 12,2 min təkrar paylaşım, 92,4 min bəyənmə reaksiyası və 15,2 milyon çatma sayı gəlib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə İlon Mask virtual olaraq Bakı vaxtilə saat 17:45 - 18:45 arasında çıxış edir.

0