"Porsche"nin bu modelindən sadəcə 77 ədəd istehsal olunacaq - FOTOLAR 

AVTO
12:16 / 02.10.2023
952

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Porsche" yeni modelini təqdim edib.

HİT.az xəbər verir ki, yeni model "Porsche 911 GT3 R Rennsport" adlanacaq.

Avtomobilin yalnız kapotu və damı "GT3 R" ilə eynidir. Bütün digər hissələr isə yarış avtomobillərindən fərqlidir. Güzgülərin belə çıxarıldığı modelin salonunda monitorla izlənilə bilən 3 kameralı sistem mövcuddur. Sözügedən model daxili məkanın çox hissəsini əhatə edən yuvarlanan qəfəsə görə tək oturacaqlı avtomobil kimi dizayn edilib. 

Nəhəng arxa qanadı ilə diqqət çəkən modelin 4,2 litrlik atmosfer mühərriki var. Həmçinin, birbaşa GT3 yarış avtomobilindən götürülən mühərrik 621 at gücü hasil edə bilər.

Alıcılar modelin 7 rəng variantı və üç kabin dizaynı arasından seçim edəcəklər. Sözügedən avtomobilin dəyəri isə 1 milyon dollardan başlayacaq və sadəcə 77 ədəd istehsal olunacaq.

Pərviz

0