Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Honda" yeni modelini təqdim etməyə hazırlaşır.
Hit.az xəbər verir ki, sözügedən elektrikli avtomobil "Ye S7" adlanır.
Avtomobilin batereyasının 620 kilometrə qədər sürmə məsafəsini təklif edəcəyi deyilir. Həmçinin, "Ye S7" saatda 180 kilometr sürətə qədər çıxa biləcək. Üstəlik, ikili elektrik mühərrikləri ilə dörd təkərlə də çəkmə gücünə sahib olacaq. Belə ki, ön mühərriki 150 kVt, arxa mühərriki isə 200 kVt güc istehsal edəcək.
Qeyd edək ki, avtomobilin qiyməti hələ açıqlanmayıb. Buna rəğmən, onun təxminən 28 min dollardan satışa çıxarılması gözlənilir.
Pərviz