Türkiyədə oktyabrın ən çox satılan elektromobillərinin SİYAHISI

AVTO
11:15 / 06.11.2024
1607

Türkiyədə oktyabr ayının ən çox satılan elektromobilləri bəlli olub.

Hit.az xəbər verir ki, ötən ay qardaş ölkədə ən çox satılan 10 elektrikli avtomobilin adı açıqlanıb.

Bu barədə Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) məlumat yayıb. Cari ilin oktyabr ayında Türkiyədə toplam 8 min 341 ədəd elektromobil satılıb. 

Bəs həmin avtomobillər hansılardır? 

Hit.az sözügedən siyahını təqdim edir:

1. "Togg T10X" - 3.091 ədəd 
2. "BMW X1" - 557 ədəd
3. "KG Mobility Torres" - 425 ədəd
4. "MINI Countryman" - 425 ədəd
5. "Tesla Model Y" - 340 ədəd
6. "Hyundai IONIQ 5" - 320 ədəd
7. "Mercedes-Benz EQB" - 251 ədəd
8. "Renault Megane E-Tech" - 244 ədəd
9. "Peugeot E-3008" - 199 ədəd
10. "Peugeot E-2008" - 190 ədəd. 

Pərviz

0