Putin təsdiqlənən COVID-19 vaksininin FOTOSUNU paylaşdı

DÜNYA
11:22 / 12.08.2020
1042

Koronavirusa qarşı hazırlanan ilk vaksinin təsdiqləndiyini açıqlayan Rusiya prezidenti Vladimir Putin vaksinin ilk fotosunu paylaşıb.

Vaksinə “Sputnik V” adı verilib. Açıqlamada isə “Sovet İttifaqı tərəfindən ilk süni peykin 1957-ci ildə uğurla kosmosa göndərilməsi dünyada kosmik tədqiqatlara təkan verdi. Bu səbəblə vaksinə ”Sputnik V" adı verildi" - deyə qeyd olunub.

 Qeyd edək ki, Rusiya koronavirusa qarşı hazırlanan vaksini təsdiqləyən ilk ölkədir.

0
Mediapost.az