SSRİ-yə casusluq edən və edam edilən cütlük - FOTO

DÜNYA
22:15 / 16.08.2020
1669

Etel və Yulius Rozenberq SSRİ üçün casusluq etməkdə günahlandırılıraq öldürülən amerikalı cütlükdür.

Həm filmlərdə, həm də kitablarda casusluq edənlərə rast gəlirik. Bir çox insanın tanıdığı, lakin əsl dünyadan uzaq göründüyü bu peşə bir dönəmlər dünya siyasətinə rəhbərlik edib. Xüsusilə soyuq müharibə dövründə casusluq ölkələr üçün çox vacib idi. Dövlətlər bu şəkildə bir-birlərinin sirlərini öyrənə və siyasətlərini istiqamətləndirə bilirdilər. Casuslar eyni zamanda qəhrəman və pis adam elan edilə bilirdi. Tarixdə bir çox məşhur casus var. Ancaq onların arasında fərqlənən bir cütük var - Etel və Yulius Rozenberq.

Musavat.com SSRİ-yə casusluq etməkdə günahlandırılan cütlüyün hekayəsini sizlərlə bölüşür.

İkinci Dünya Müharibəsindən sonra super güc olaraq meydana çıxan ABŞ və Sovet Rusiyası, Soyuq Müharibə dövrünə girdi. İki ölkə demək olar ki, hər mövzuda bir-biri ilə yarışa başladı.

Bu müddətdə ölkələr bir-birlərinin etdiklərindən xəbərdar olmaq üçün hökumətə yaxın casuslar yerləşdirirdilər.

1915-ci il təvəllüdlü Etel Qrinqlas Rozenberq və 1918-ci il təvəllüdlü Yulius Rozenberq Nyu Yorkda doğulmuş yəhudi mənşəli ailələrinin övladları idilər.

Yulius Rozenberq elektrik mühəndisi, Etel Qrinqlas isə katib idi. Yulius və Etel 1936-cı ildə Gənc Kommunist Birliyində tanış oldular. 3 il sonra isə 18 iyun 1939-cu ildə evləndilər.

İki oğulları olan rus agentləri ABŞ Komunist Partiyasının üzvləri idilər.

Cütlük evləndikdən və uşaqları olduqdan sonra da partiyada aktiv rollarını davam etdirdilər. Yulius Rozenberq 1947-ci ildə qüvvəyə minən "Taft Hartley” qanunu çərçivəsində Kommunist Partiyasının üzvü olduğuna görə işdən qovuldu.

Həyat yoldaşının qardaşı David Qrinqlas ilə təmir sexi açan Yulius bu işdə də çətinlik çəkirdi. 1945-ci ildə senator Mc Çartinin adamları ilk olaraq David Qrinqlasın adını bir etirafçıdan aldılar. David Qrinqlas yaradılacaq bir dosyenin ip ucu idi. Hərbi xidmətini atom bombalarının istehsal olunduğu Los Alamosda keçib, təxris olunarkən uranium və bəzi alətləri oğurladığına görə tutulmuşdu. Həm də atom bombalarının istehsal olunduğu obyektlərdə işləyən David Qrinqlasın, Yuliusa məlumatlar verə və onları SSRİ-yə satma ehtimalı var idi.

Rozenberq ailəsi Nyu Meksikodakı araşdırma mərkəzindən Rus agentlərinə nüvə silahının sirlərini ötürməkdə ittiham edildilər.

Yulius 17 iyul 1950-ci ildə, həyat yoldaşı Etel isə 11 avqustda həbs olundu. Cütlük onlara qarşı irəli sürülən ittihamları rədd etdi. Ancaq onlara qarşı şahidlik edənlər də var idi. 5 aprel 1951-ci ildə hər ikisi edam cəzasına məhkum edildi.

Hökumət casus olduqlarını etiraf etmək müqabilində edam hökmünün 30 ilədək endirilməsini təklif etdi, lakin Rozenberqlər bundan imtina etdi.

Hökümətin səyləri bununla məhdudlaşmadı.Onları bir-birlərinə qarşı ifadə verməyə məcbur etdilər. Etel və Yuliusa ayrı - ayrılıqda həyat yoldaşının onun haqqında etiraflar etdiyini dedilər. Lakin Rozenberq cütlüyü buna inanmadı. Son təklif isə xanım Rozenberqin bütün günahı ərinin üzərinə qoymaq qarşılığında sərbəst buraxılacağı idi, lakin bu da rədd edildi.

Etel Rozenberq son təklifdən sonra tarixə düşəcək aşağıdakı sözləri deyib: “Ey yollarını azmış, satılan insanlar, gözəl dünyamızı çirkləndirən iyrənc məxluqlar! Cavab istəyirsiniz? Cavabım budur: lənətlənmiş əfvinizə sığınmaqdansa, günahkar bildiyiniz ərimlə ölməyə hazıram”.

Cütlüyə edam gününən qədər etiraf etmələri üçün müxtəlif təkliflər davam etdi. Onların edam tarixi isə iyunun 18-ə qərar verilmişdi. Ancaq toy ildönümləri ilə əlaqədar edamlarının iyunun 19-na keçirilməsi tələb edildi.

19 iyun 1953-cü ildə Etel və Yulius Rozenberq elektrik kreslosunda edam edildi. Cütlüyün edamı bütün dünyaya təsir etdi. Onların casus olduğuna inanmayan bir çox insan var idi.

Türkiyə ədəbiyyatının önəmli şəxslərindən olan Melih Cevdet də Rozenberqlər haqqında bir şeir yazmışdı.

Sonda həmin şeiri sizlərə təqdim edirik:

0
Avropa.info