Elm dünyasından ciddi xəbərdarlıq: Payızda ikinci epidemiya təhlükəsi...

DÜNYA
18:31 / 24.04.2020
2069

Elm dünyasının tanınmış simaları payızda qrip mövsümünün başlaması ilə ikinci koronavirus dalğasının gələ biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Dünyanın bir çox ölkəsi koronavirüs hadisələrində zirvəyə gün sayır. Ancaq alimlərin bildirir ki, zirvəyə çatmaq "ən pisi geridə qoymaq" demək deyil...

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) direktoru Robert Redfild çərşənbə axşamı "Washington Post”a deyib ki, koronavirusun yayılması üzümüzə gələn qışda indikinə nisbətən daha ciddi şəkildə inkişaf edə bilər. Buna görə də dövlət rəhbərləri normal qrip epidemiyası və yeni koronavirus pandemiyası ilə mübarizə aparmağa hazır olmalıdırlar. 

Hamburq-Eppendorf Universitet Klinikasının sədri və tibb direktoru Burkhard Göke də payızda ikinci koronavirus dalğasının olacağından narahatdır. Almaniyanın "Focus” jurnalına danışan Göke yay aylarından sonra qrip dalğası ilə eyni vaxtda ikinci bir koronavirus dalğasının meydana gəlməsinin son dərəcə böyük çətinliklər yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib.

"DW Türk”ə danışan doktor Alpər Şənər isə Türkiyəyə ikinci dalğanın noyabr ayında gələcəyini təxmin etdiyini bildirib. İkinci dalğa üçün hazır olmağın lazım olduğunu bildirən Şənər koronavirusla mübarizədəki müvəffəqiyyətin ölçüsünü yoluxma hallarının sayının sıfırlanmasıyla ikinci dalğa arasındakı müddətin uzunluğundan asılı olacağını deyib:

"Burada gözlənilən və arzu olunan şey ikinci dalğanın mümkün qədər gec gəlməsidir. Yəni, yeni halların sayı nə qədər uzun müddət sıfır olsa, demək o qədər uğur qazana bilərik. Buradakı gözlənilən başlanğıc əyrisi noyabr ayındadır. Noyabrdan əvvəl ikinci əyri müşahidə olunarsa və ya cari başlanğıc noyabr ayına qədər davam edərsə, demək ki, xəstəliyin nəzarətdə saxlanılmasında o qədər uğursuz olmusunuz". // Qaynarinfo

0