Güclü zəlzələ XƏBƏRDARLIĞI

15:24 / 20.09.2020
1259

İstanbulda zəlzələ təhlükəsi yaranıb.
Cebhe.info xəbər verir ki, bu barədə Qazi Universitetinin professoru Süleyman Pampal məlumat verib.

Onun sözlərinə görə, Mərmərə bölgəsində yeraltı laylarda seysmik boşluq yaranıb. Yeraltı laylarda gedən proseslər Silivri civarında 7-7.5 bal gücündə zəlzələnin baş verməsinə səbəb ola bilər. Qeyd edək ki, 1999-cu ildə bölgədə güclü dağıdıcı zəlzələ baş vermişdi.

“Bu bölgədə son güclü zəlzələnin baş verməsindən 21 il ötür. 30 il ərzində zəlzələ ocağı yenidən aktivləşir və güclü yeraltı təknalar baş verir. Hazırda bu bölgədə zəlzələ ehtimal 70 faizdir”-deyə, professor bildirib.

1
Cebhe.info