İran Bəşər Əsədə bu qədər pul xərcləyib – Fantastik rəqəmlər

DÜNYA
18:31 / 21.05.2020
1160
İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin üzvü Hişmətullah Fəlahətpişə ölkəsinin Suriyada təqribən 30 milyard dollar vəsait xərclədiyini deyib.
 
HİT.Az Teleqraf.com-a istinadla xəbər verir ki, o, bu sözləri “Onlyan Xəbər” agentliyinə martın 8-də verdiyi müsahibədə desə də, sayt onu ötən gün yayımlayıb.

Fəlahətpişə müsahibə zamanı qeyd edib ki, İran Suriyaya təxminən 20-30 milyard dollar pul verib və onu geri tələb etməlidir. Lakin o, Tehranın Bəşər Əsəd rejimi üçün xərclədiyi pulları hansı formada almağı düşündüyünü açıqlamayıb.
 
Fəlahətpişə İranın Bəşər Əsəd rejiminə göstərdiyi maddi köməyin məbləğini açıqlayan ilk iranlı rəsmidir.
0